İraqlı qüvvələr Əlfəthə hərbi hava limanına yiyələniblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284117-İraqlı_qüvvələr_Əlfəthə_hərbi_hava_limanına_yiyələniblər
İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, bu ölkənin müştərək qüvvələri Əlhəvicə məntəqəsinin azad edilməsi əməliyyatında 53 kəndi terrorçulardan geri alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2017 10:14 Asia/Baku
  • İraqlı qüvvələr Əlfəthə hərbi hava limanına yiyələniblər
    İraqlı qüvvələr Əlfəthə hərbi hava limanına yiyələniblər

İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, bu ölkənin müştərək qüvvələri Əlhəvicə məntəqəsinin azad edilməsi əməliyyatında 53 kəndi terrorçulardan geri alıblar.

İraqda müharibə təbliğatı qərargahı bildiribdir ki, bu ölkə ordusunun doqquzuncu diviziyası, eləcə də mərkəzi polis və xalq səfərbər qüvvələri həmçinin Zəğitun körpüsünü təmizləyə, bu körpünü Ərriyad şosesinə doğru aça və Əlfəthə hava limanının nəzarətini ələ ala biliblər.

İraqda müharibə təbliğatı qərargahı əlavə edib: Qüvvələr bu əməliyyatda həmçinin Əcil dağlarında neftçıxarma şirkətini geri aldıqdan sonra Əzərban-Ərriyad istiqamətində yerləşən mərkəzi polis bölmələrinin qərargahına çatıblar.