Okt 04, 2017 15:03 Asia/Baku
  • Ən-Nüsrə Cəbhəsini başçısı yaralanıb

Rusiya Müdafiə Nazirliyi bildirib: Rusiyanın Suriyadakı qüvvələrinin son hava hücumları nəticəsində Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının sərkərdəsi ağır yaralanıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Son hava hücumları nəticəsində Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının sərkərdəsi Əbu Məhəmməd əl-Covlani ağır yaralanıb və əlini itirib.

Konaşenkov əlavə edib: Bu hücumda Covlaninin mühafizəçilərindən təxminən 50 nəfər, Ən-Nüsrə Cəbhəsinin sərkərdələrindən 12 nəfər, o cümlədən Covlaninin ən yaxın müşaviri öldürülüb.

Rusiya 2015-ci il sentyabr ayından Suriya prezidenti Bəşşar Əsədin rəsmi müraciəti əsasında özünün aeronavtika, quru, dəniz və sualtı qüvvələrindən istifadə edərək Suriyada İŞİD və Ən-Nüsrə Cəbhəsi terrorçularının mövqelərini atəşə tutur.

Teqlər