Okt 04, 2017 15:11 Asia/Baku
  • Səudiyyə Ərəbistanı və müttəfiqləri BMT-nin qara siyahısında

Məlumatlara əsasən BMT Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının adını Yəməndə uşaqları qırğın etdiyinə görə qara siyahıya salıb.

Röytersin məlumatına görə, BMT çərşənbə axşamı günü bir hesabatda bildirib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəməndə uşaqların qətlə yetirilməsi, yaralanmasına səbəb olub. Bununla da bu koalisiyanın adı BMT-nin qara siyhasına alınıb. Belə ki, 38 hadisənin araşdırılması ilə müəyyənləşib ki, ərəb koalisiyasının 2016-cı ildə məktəblər və xəstəxanalara hava hücumların əticəsində 683 uşaq yaralanıb.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.

Bu hərbi təcavüz indiyə qədər 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və Yəmənin infrastrukturlarının məhv olması ilə nəticələnmişdir.

Teqlər