Okt 05, 2017 09:58 Asia/Baku
  • İŞİD-in əl-Həvicə cinayətlərindən
    İŞİD-in əl-Həvicə cinayətlərindən

İraq xalq səfərbər qüvvələri Həşdüş-Şəəbi Həvicədə təhlükəsizlik qüvvələri, sivillər, o cümlədən qadın və uşaqların cəsədlərinin qalıqları olan iki kütləvi məzar aşkarlayıblar.

İraq xalq səfərbər qüvvələrinin komandanlığı çərşənbə günü Kərkük vilayətinin cənub-qərbində əl-Həvicə rayonunun İŞİD terror qruplaşmasının tam azad olunmasından xəbər verib. 

Əl-Aləm televiziyasının məlumatına görə, Həşdüş-Şəəbinin dördüncü alayının media bölməsi Həvicə rayonunun cənub-qərbində İŞİD ünsürləri tərəfindən edam olunan təhlükəsizlik qüvvələri və sivillərin cəsədlərinin qalıqları olan iki kütləvi məzarın aşkarlandığını bildirirək əlavə edib: Son həftələrdə bu şəhərin cənub-qərbində üç kütləvi məzar aşkarlanıb. 

Başqa bir məlumata görə, İraq Nücəba İslam Müqavimət qüvvələri "Həvicə! Biz gəlirik" əməliyyatı çərçivəsində İŞİD terrror qruplaşmasına ağır zərbələr endirib, Cibal Məkhul strateji bölgədəki mövqeyini gücləndirib və Dəclə çayına qədər irəliləyiblər. 

Teqlər