İraq qüvvələri Həvicə şəhərinə nəzarəti ələ keçirdi
-
İraq qüvvələri Həvicə şəhərinə nəzarəti ələ keçirdi
Kərkük vilayətinin cənub-qərbində Həvicə şəhərinin nəzarəti demək olar ki, tam şəkildə İraq qüvvələrinin əlinə keçib və bu şəhərin şərqində İŞİD-in kiçik dəstələri qalmışdır ki, İraq qüvvələri həmin hissəni də azad etməyə çalışırlar.
İRİB-in məlumatına görə, Həvicə şəhərinin azad olunması əməliyyatı üzrə İraqın müştərək qüvvələri komandanı ordu generalı Əbdüləmir Yarəllah cümə axşamı günü deyib: Ordu, polis, anti-terrorizm, çevik reaksiya və xalq səfərbər qüvvələri Həvicə şəhərinin mərkəzini tam şəkildə İŞİD terrorçularından təmizləyiblər və bu qüvvələrin irəliləyişi davam etməkdədir.
Həmçinin Həvicənin məhəllələri təmizlənərkən İŞİD-in bombaqayırma sexləri və bomba quraşdırılmış bir neçə avtomobili aşkarlanıb.
Məlumata görə, İŞİD terror qruplaşmasının çoxlu sayda ünsürü, o cümlədən bu qruplaşmanın əcnəbi ünsürlərinin cəsədləri Həvicənin müxtəlif bölgələrində küçələrdə və prospektlərdə müşahidə olunur.
İŞİD ünsürləri Həvicə şəhərinin mərkəzində İraq qüvvələri ilə bir neçə saat qarşılaşa bilməyib və İraqın müştərək qüvvələri Həvicədə öz əməliyyatı ərzində 300 kəndi İŞİD-in işğalından azad edib.
İraq Kütləvi İnformasiya Vasitələri İraq ordusunun Diyalə və Səlahəddin vilayətləri arasında İŞİD ünsürlərini təqib etmək üçün əməliyyata başladığını bildirib.
İŞİD terrorçuları hal-hazırda Suriya ilə sərhəddə İraqın məhdud ərazilərini işğal altında saxlayırlar və İraqın qalan əraziləri təkfirçi terrorçulardan təmizlənib.