İŞİD Pakistan Bəluçestanındakı terror hücumunda məsuliyyət daşıyır
Okt 06, 2017 11:34 Asia/Baku
İŞİD terror qrupu Pakistanın Bəluçestan əyalətində həyata keçirilmiş terror hücumunun məsuliyyətini üzərinə götürüb.
İŞİD-in tabeliyində olan "Əmaq" informasiya agentliyi bildirib ki, cümə axşamı günü axşam çağı Pakistanın Bəluçestan əyalətində yerləşən "Fəth Pur Şərif" ziyarətgahına qarşı partlayış hücumunu bu qrupun ünsürləri həyata keçiriblər.
Belə bir halda, Röyters Kvettadan, Pakistan rəsmilərinə istinadala bildirib ki, cümə axşamı günü bu ölkənin cənub-qərbindəki "Sufiyan" ziyarətgahına qarşı həyata keçirilmiş terror hücumundakı tələfatın sayı 18 nəfərə çatıbdır. Pakistanın Bəluçestan əyalətində ən yeni etnik hücum sayılan bu hücumda otuzdan çox insan da yaralanıbdır.