Yəmən qüvvələrinin hücumunda səudlar xəsarət və tələfata düçar olublar
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin artilleriyası təcavüzkar səud muzdurlarının Səna şəhərindəki Əlqətəb yüksəkliklərində yerləşən mövqelərini darmadağın edibdir.
Yəmənin ordusu və xalq komitələri qüvvələri səud muzdurlarının Sənanın doqquzuncu məntəqəsindəki mövqelərinə hücum edərək, bir qrup muzduru öldürüb və ya yaralayıblar.
Həmçinin Yəmənin ordusu və xalq komitələri qüvvələri Ərəbistanın cənubundakı Nəcran şəhərinin Əlxəzra məntəqəsinin yaxınlığındakı "Əlqəramil Ələsvəd" mövqelərinə qarşı hücumunda bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.
Müştərək yəmənli qüvvələr bu hücumda muzdurların iki hərbi avtomobilini yandırıb və müəyyən miqdarda da silahı qənimət götürüblər.
Digər tərəfdən, səud qırıcıları da doqquzuncu məntəqədəki Yam yüksəkliklərni iki dəfə hədəfə alıblar.
Səud təyyarələri həmçinin Yəmənə qarşı hava hücumlarının davamında dünən bir neçə dəfə Yəmənin qərbində yerləşən Həccə vilayətinin Hirz məntəqəsini bombalayıblar.
Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə basqın edərək, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə Yəməni qurudan, dənizdən və havadan mühasirəyə alıbdır.
Bu hücumlar indiyədək 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin də didərgin düşməsilə nəticələnibdir.