Homsun şərq ətrafında İŞİD məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284499-homsun_şərq_ətrafında_İŞİd_məhv_edilib
Suriya ordusu və silahlı qüvvələri Homsun şərqində Cəbb əl-Cərrah bölgəsini İŞİD terror qruplaşmasından təmizləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2017 07:46 Asia/Baku
  • Homsun şərq ətrafında İŞİD məhv edilib
    Homsun şərq ətrafında İŞİD məhv edilib

Suriya ordusu və silahlı qüvvələri Homsun şərqində Cəbb əl-Cərrah bölgəsini İŞİD terror qruplaşmasından təmizləyiblər.

İRNA-nın məlumatına görə, Suriya Müdafiə Nazirliyinin informasiya portalı ötən gecə bildirib: Bu ölkə silahlı qüvvələri Homsun şərq ətrafında terrorçuların mövqelərini tamamilə məhv edərək onlarla qəsəbə, kənd və əkin sahəsini İŞİD terrorçularından təmizləyiblər. 

Məlumata görə, Suriya ordusunun əməliyyatında azad olunan ərazi 1800 kvadratkilometrdir. 

Bu əməliyyatda yüzlərlə terrorçu öldürülüb və onların silah və təchizatı məhv edilib. 

İŞİD terror qruplaşmasının ünsürləri 18 avqust 2017-ci ildə Həma və Homs vilayətlərinin şərq bölgələrində Suriya ordusunun mühasirəsinə düşdülər. 

Suriyanın bəzi vilayətləri, o cümlədən Homs, Həma və Deyruz-Zurda terrorçuların mövqeləri əleyhinə əməliyyat İŞİD terror qruplaşmasının məhv edilməsi istiqamətində Suriyanın hərbi əməliyyatlarının bir hissəsi hesab olunur.