Okt 07, 2017 14:38 Asia/Baku
  • İslam Cihadı müqavimətin davam etdirilməsini vurğulayıb
    İslam Cihadı müqavimətin davam etdirilməsini vurğulayıb

Fələstin İslam Cihadı Hərəkatı təsis olunmasının 30 illiyində işğalçılar qarşısında müqavimətin davam etdirilməsini vurğulayıb.

Ümmətin birliyi, ərəblərin qanının axıdılmasının durdurulması, Qüdsə diqqətin yaradılması İslam Cihadı Hərəkatının təsis olunmasının 30 illiyi mərasimində qeyd olunan mesajlar idi. Bu hərəkat həmçinin milli birlik və Fələstinin barışığının nəticəyə varmasının əhəmiyyətini vurğulayıb. 

İslam Cihadı Hərəkatının rəsmilərində Xızır Həbib deyib: Bizim mesajımız müqavimət mesajı, sionist işğalçılarını problemlə üzləşdirmək, Fələstin xalqının bütün hüquqları və prinsiplərinə sadiq qalmaqdır. Bütün Fələstin bizim stabil haqqımızdır. Biz sionist düşməni rəsmən tanımırıq. 

İslam Cihadı Hərəkatı və Fələstinin digər təşkilatları Fələstin müqaviməti və bu istiqamətdə hərəkətlə əhdlərini yeniləyib və xatırladıblar ki, işğalçılarla mübarizə üçün qanuni yol olaraq silahlı mübarizədən əl çəkməyəcəklər. 

İslam Cihadı Hərəkatının rəsmilərindən Hani əl-Səvabitə deyib: Müqavimət hərəkatının silahı müzakirə ediləsi deyil. Biz müqavimətin silahı haqda danışıqlar aparılmasını heç bir vəchlə qəbul etmirik. Biz açıq-aydın bildiririk ki, silahımız canımız kimidir. Buna görə, müqavimətin silahı haqda heç vaxt danışıqlar aparılmayacaq. 

İslam Cihadı Hərəkatı Qəzzədə cümə namazından sonra tərəfdarlarının toplantısında bu hərəkatın baş katibi Ramazan Şələhin ABŞ-ın terrorizm siyahısına yenidən salınmasını pisləyib və xatırladıb: bu hərəkət işğalçıların siyasəti ilə eyni istiqamətdədir. 

Teqlər