Yəmənin cənubuna qarşı hava basqını: 12 şəhid və yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284605-yəmənin_cənubuna_qarşı_hava_basqını_12_şəhid_və_yaralı
Ali-Səudun və onun Yəməndəki muzdlularının ən son cinayətlərində 12 Yəmən vətəndaşı şəhid olub və ya yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2017 06:48 Asia/Baku
  • Yəmənin cənubuna qarşı hava basqını: 12 şəhid və yaralı
    Yəmənin cənubuna qarşı hava basqını: 12 şəhid və yaralı

Ali-Səudun və onun Yəməndəki muzdlularının ən son cinayətlərində 12 Yəmən vətəndaşı şəhid olub və ya yaralanıb.

Əlməyadin telekanalının məlumatına görə, dünən axşam çağı səud qırıcılarının Yəmənin cənubunda yerləşən Təiz vilayətinin qərbindəki Məxa məntəqəsində yerləşən yaşayış məntəqələrinə qarşı hava hücumunda yeddi sivil şəhid olub, beş nəfər də yaralanıbdır.

Bu məlumata görə, cəsədləri uçqunlar altından çıxarmaq cəhdi davam edir, buna görə, şəhid olanların və yaralananların sayının artması ehtimalı var.

Belə bir halda, Yəmənin səhiyyə nazirliyi Ərəbistanın tabeliyində olan təcavüzkarlar koalisiyası qırıcılarının Yəmənin Həccə vilayətinin mərkəzində yerləşən Əbs rayonundakı bir müalicə mərkəzinə qarşı hücumunu pisləyərək, BMT-dən istəyibdir ki, Ali-Səudun təcavüzkarlıqlarına son qoymaq üçün təcavüzkarlara təzyiq göstərsin.

Əlməsirə-nin məlumatına görə, dünən Həccə vilayətinin mərkəzində hədəfə alınmış mərkəz bu məntəqədə yeganə müalicə mərkəzi idi ki, həmin hücumda tam şəkildə dağılıbdır. 

Bu hücumda bir neçə Yəmən vətəndaşı şəhid olub və ya yaralanıbdır.

Belə bir halda elan olunubdur ki, Yəmənin ordu və xalq komitələri qüvvələri Marəb vilayətində pusqu əməliyyatı keçirərək, bu ölkənin istefa vermiş fərari prezidenti Mənsur Hadinin tabeliyində olan muzdur qüvvələrdən beş nəfəri öldürə biliblər.