Okt 08, 2017 10:47 Asia/Baku
  • Sionist rejim ordusunun Fələstin torpaqlarına hücumu
    Sionist rejim ordusunun Fələstin torpaqlarına hücumu

Sionist qəsbkarlar dünən qərb sahilində yerləşən Qəlqiliya məntəqəsinin ətrafına basqın edərək, təhlükəsizlik tədbirlərini artırıblar.

Sionist rejim ordusunun bir bölməsi Qəlqiliya məntəqəsinə basqın edərək, bu məntəqənin şərqində yerləşən Əzun kəndində yoxlama-buraxılış postları quraşdırıbdır. Onlar həmçinin bu məntəqənin fələstinli sakinlərinin gediş-gəlişlərini əngəlləyiblər.

Müşahidəçilər bu xəbəri təsdiq edərək bildiriblər ki, sionist hərbçilər Əzun kəndinin bütün giriş yollarını bağlayaraq, fələstinliləri və onların avtomobillərini təftiş etməyə başlayıblar.

Sionist hərbçilər bu gün Əlxəlil şəhərinə də basqın ediblər. Onlar Əlfəvvarə düşərgəsinə hücum edərək, bir fələstinlini həbs ediblər.

Sionist rejim ordusunun hərbçiləri dünən axşam həmçinin Qüds şəhərinin şərqində yerləşən bir fələstinli məktəbinə basqın ediblər.

Teqlər