Yəməndə vəba qurbanlarının sayı 2151 nəfərə çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284613-yəməndə_vəba_qurbanlarının_sayı_2151_nəfərə_çatdı
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu günə qədər Yəməndə vəbaya yoluxma nəticəsində 2151 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2017 08:10 Asia/Baku
  • Yəməndə vəba qurbanlarının sayı 2151 nəfərə çatdı
    Yəməndə vəba qurbanlarının sayı 2151 nəfərə çatdı

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu günə qədər Yəməndə vəbaya yoluxma nəticəsində 2151 nəfər həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, həmçinin indiyədək Yəmənin müxtəlif məntəqələrində 800 min 626 yəmənli vəbaya yoluxubdur.

Ümumdünya Səhiyyə Təşkilatı son zamanlar Yəməndə içməli suyun olmamasından nigarançılıq etmişdi.

Səudiyyənin Yəmənə qarşı hücumlarının və bu ölkənin infrastrukturlarının, xüsusilə də su təchizatı şəbəkəsinin məhv edilməsinin davam etməsi ilə vəba Yəməndə sürətlə yayılmaqdadır.

Bu hərbi təcavüz indiyədək 13 mindən çox yəmənlinin həlak olması, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.