Okt 08, 2017 19:03 Asia/Baku
  • Səudiyyə naziri ABŞ-ın Hizbullaha qarşı sanksiyalarını alqışlayıb
    Səudiyyə naziri ABŞ-ın Hizbullaha qarşı sanksiyalarını alqışlayıb

Səudiyyə Ərəbistanının Fars Körfəzi ölkələrinin məsələləri üzrə müşavir naziri Amerika dövlətinin Livan Hizbullahına qarşı sanksiyalarını alqışlayıb.

Səudiyyə Ərəbistanının Fars Körfəzi ölkələrinin məsələləri üzrə müşavir naziri Samir Əlsübhan bu gün sionist rejim və terror qrupları ilə səs-səsə verərək iddia edibdir ki, Amerika dövlətinin Livan Hizbullahına qarşı sanksiyaları yaxşıdır, amma Livan Hizbullahı ilə mübarizənin ən yaxşı yolu, bu partiyaya və onun müttəfiqlərinə qarşı beynəlxalq bir koalisiyanın yaradılmasıdır.

ABŞ konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsi 2017-ci il sentyabrın 28-də Livan Hizbullahına qarşı sanksiyaların şiddətləndirilməsi layihəsini qəbul etdi.

Teqlər