İraq dövləti Kürdüstan bölgəsinə qarşı yeni sanksiyalar tətbiq edib
-
İraq dövləti Kürdüstan bölgəsinə qarşı yeni sanksiyalar tətbiq edib
İraqın mərkəzi dövləti bildirib ki, Kürdüstan bölgəsinin ayrılması üçün referendumun keçirilməsi və konstitusiyanın pozulmasına cavab olaraq İraq Kürdüstan bölgəsinə qarşı yeni cəzalandırıcı tədbirlər həyata keçirəcək.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadinin Nazirlər kabineti Şurasının milli təhlükəsizlik iclasından sonra baş nazirlik ofisinin yaydığı bəyanata görə, Kürdüstan bölgəsinə qarşı yeni cəza tədbirləri paketi qəbul olunub və bildirilir ki, bu tədbirlər İraqın kürd vətəndaşlarını hədəfə almayacaq.
Bu bəyanata görə, hələ də İraq hökuməti üçün İŞİD və terrorçularla mübarizə, eləcə də İraq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi prioritet təşkil edir.
Sözü gedən iclasda həmçinin qərara alınıb ki, rabitə şəbəkələri mobil telefon sistemi mərkəzi dövlətin nəzarətinə keçsin və Bağdada köçürülsün.
Şura İran və Türkiyədən isə istəyib ki, İraqla öz quru sərhəd keçidləri vasitəsi ilə əlaqələrini sadəcə rəsmi Bağdad vasitəsi ilə həyata keçirsinlər və İraq Kürdüstanına tam nəzarətin mərkəzi dövlət tərəfindən təmin olunmasınadək Kürdüstan bölgəsi ilə quru sərhəd keçidlərini bağlasınlar.
İclasda İran və Türkiyədən istənilib ki, İraq Kürdüstanı ilə ticarət əməkdaşlıqlarını, xüsusilə neft satışı fəaliyyətlərini dayandırsınlar və bu sahəni sadəcə İraqın mərkəzi hökuməti ilə koordinasiya etsinlər.
Sentyabrın 25-də Məsud Barizaninin israrı nəticəsində İraq Kürdüstan bölgəsinin İraqdan ayrılması üzrə referendumun keçirilməsindən sonra İraqın mərkəzi hökuməti ilə bu bölgə başçıları arasında böhran qızışmışdır.