Əfqanıstanda jurnalistlərə qarşı zorakılıq artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284817-Əfqanıstanda_jurnalistlərə_qarşı_zorakılıq_artıb
Əfqanıstan azad jurnalistləri müdafiə təşkilatı bu ölkədə jurnalistlərə və media mənsublarına qarşı zorakılıq hallarının dördqat artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2017 11:48 Asia/Baku
  • Əfqanıstanda jurnalistlərə qarşı zorakılıq artıb
    Əfqanıstanda jurnalistlərə qarşı zorakılıq artıb

Əfqanıstan azad jurnalistləri müdafiə təşkilatı bu ölkədə jurnalistlərə və media mənsublarına qarşı zorakılıq hallarının dördqat artmasından xəbər verib.

Əfqanıstan azad jurnalistləri müdafiə təşkilatı bildirib ki, ötən üç il ərzində Əfqanıstanda jurnalistlərə qarşı 620-yə yaxın zorakılıq halı qeydə alınıb və bu miqdar ötən prezidentlik dövrü ilə müqayisədə dördqat artımdan söz açır.

Bu məlumata görə, Hamed Kərzayın on üç illik prezidentliyi dövründə Əfqanıstanda jurnalistlərə qarşı 610 zorakılıq halı qeydə alınıbdır.