Sionist rejim qəsəbələrin inşasında israrlıdır
Sionist rejim işğalçılıq siyasətlərinin davamında, İordan çayının qərb sahilində üç mindən çox yeni mənzilin inşası niyyətindədir.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist rejim müxtəlif bölgələr, o cümlədən əl-Xəlil şəhərində, Ramullah şəhəri yaxınlığında Beyt İl və Miqron qəsəbələrində 3736 mənzilin inşasını öz gündəminə salıb.
Ötən illərdə ilk dəfədir ki, sionist rejim İordan çayının qərb sahilinin cənubunda əl-Xəlil şəhərinin içərisində mənzillər inşa edir.
Qəsəbələrin genişləndirilməsi işğal olunmuş ərazilərin yəhudiləşdirilməsi strategiyasının reallaşdırılması üçün İsrail rejiminin önəmli strategiyalarından biridir. Bu strategiya İsrail üçün o qədər əhəmiyyətlidir iki, ötən il dekabr ayında BMT Təhlükəsizlik Şurasında təsdiqlənən 2234 saylı qətnaməni də görməməzliyə vurur.