Sionistlər yenidən əl-Əqsa məscidinə yürüş ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284903-sionistlər_yenidən_əl_Əqsa_məscidinə_yürüş_ediblər
Yüzlərlə sionist qəsəbə sakini təcavüz xarakterli hərəkətdə bir daha əl-Əqsa məscidinə yürüş ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2017 13:33 Asia/Baku
  • Sionistlər yenidən əl-Əqsa məscidinə yürüş ediblər
    Sionistlər yenidən əl-Əqsa məscidinə yürüş ediblər

Yüzlərlə sionist qəsəbə sakini təcavüz xarakterli hərəkətdə bir daha əl-Əqsa məscidinə yürüş ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, 312 sionist qəsəbə sakin çərşənbə günü İsrail rejimi hərbçilərinin güclü təhlükəsizlik tədbirləri ilə Babul-Muğaribə tərəfdən əl-Əqsa məscidinə daxil olub və Qübbə Əs-Səxrə qarşısında təhrikedici hərəkətlərə yol veriblər. 

Sionist qəsəbə sakinləri yəhudilərin bayramları başladığı vaxtdan bəri əl-Əqsa məscidinə yürüşlərini artırıblar. Babul-Muğaribə 1967-ci ildən Qüdsü işğal etmiş rejimin nəzarətindədir.