Livan Alimlər Birliyi ABŞ-ın siyasətlərinə etiraz edib
Livanın şiə və sünni alimləri bir bəyanatda bildirib: Amerika terrorizmin əsas himayədarı olaraq müqavimət mücahidlərini terrorçu adlandırmağa haqqı çatmır.
Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, bu bəyanatda Amerikanın bəzi müqavimət üzvləri o sıradan Fələstin İslami Cihad Hərəkatının baş katibi Abdullah Şələhin adlarını terror siyahısına alınması tənqid edilərək deyilir: Amerika sionist rejimin Fələstində törətdiyi cinayətlərini dəstəkləmək çərçivəsində öz yurdlarını sionist işğalçıların işğalından azad etmək üçün mübarizə aparan müqavimət mücahidlərini terrorçu adlandırır və onlara qarşı cinayət işi açır.
Livanın Alimlər Birliyi bu bəyanatda bildirir: Amerika təkfirçi terrorçu qrupları Əl-Qaidəni yaramaqla başlatdı və növbəti mərhələdə Ənnüsrə və İŞİD-i təsis etdi və bu yolla Əfqanıstan, İraq və Suriya xalqlarını qırğın etdi.
Bu birlik bütün Fələstin müqavimət qruplarını müqavimət bayrağı altında birləşməyə çağıraraq ərəb dünyasının Amerikanın Fələstin müqavimətini hədəfə alan və onların tərk silahını qarşıya məqsəd qoyan siyasətləri qarşısında susqunluğunu qınayıb.