Yəmənin müxtəlif bölgələrində 18 muzdlu öldürülüb
Okt 15, 2017 11:27 Asia/Baku
-
Yəmənin müxtəlif bölgələrində 18 muzdlu öldürülüb
Yəmən ordusu və xalq qüvvələrinin snayperləri Marib, Təiz və Zali vilayətlərində 18 səudiyyəli təcavüzkar muzdlunu öldürüblər.
Əl-Aləm televiziyasının hərbi rəsmiyə istinadla verdiyi məlumata görə, Sərvah şəhərində müxtəlif bölgələrdə 8 muzdlu və Zali vilayətinin əl-Şəbəkə yüksəkliklərində 2 muzdlu öldürülüb.
Məlumata görə, beş muzdlu da Təiz vilayətində və üç təcavüzkar da Zali vilayətinin Meris bölgəsində öldürülüb.
Digər tərəfdən səudiyyəli-amerikalı təcavüzkar qırıcılar Marib vilayətində Hərib əl-Qəramiş rayonunu bombalayıblar.
Bununla yanaşı səudiyyəli-amerikalı təcavüzkar qırıcılar Səna vilayətinin 9-cu rayonunda əl-Mədhun bölgəsini bombalayıblar.
Teqlər