Bağdadda partlayışlar; 1 ölü, 8 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285227-bağdadda_partlayışlar_1_ölü_8_yaralı
İraq Kütləvi İnformasiya Vasitələri Bağdadda törədilən iki partlayış nəticəsində azı 9 nəfərin həlak olduğu və yaralandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2017 13:17 Asia/Baku
  • Bağdadda partlayışlar; 1 ölü, 8 yaralı
    Bağdadda partlayışlar; 1 ölü, 8 yaralı

İraq Kütləvi İnformasiya Vasitələri Bağdadda törədilən iki partlayış nəticəsində azı 9 nəfərin həlak olduğu və yaralandığını bildiriblər.

Mehr İnformasiya Agentliyinin Süməriyyə Newsa istinadla verdiyi məlumata görə, Bağdadın cənubunda əl-Yusifiyyə bölgəsində bazar yaxınlığında quraşdırılmış bombanın partladılması nəticəsində bir nəfər həlak olub, beş nəfər də yaralanıb. İraq təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıblar. 

Başqa bir məlumata görə, Bağdadın cənubunda Seyd Abdulla bölgəsində polis məmurlarının keçdiyi zaman bir bomba partladılıb. Nəticədə üç polis əməkdaşı yaralanıb. 

Hələlik bu partlayışların məsuliyyətini bir şəxs və ya qrup öz üzərinə götürməyib. Lakin İŞİD terrorçuları əsasən Neynəva bölgəsində İraq qüvvələri qarşısında ardıcıl məğlubiyyətlərlə üzləşdikdən sonra, bu ölkənin müxtəlif şəhərlərində hədəfsiz partlayışlar və sivilləri qətlə yetirməyə üz tutmuşlar.