Ərəbistanın yeni Yəmən cinayəti \ 6 mülki həlak oldu
Okt 18, 2017 06:58 Asia/Baku
Ərəbistan qırıcıları çərşənbə axşamı Yəmənin Cəvf vilayətini bombalayıblar, bir ailənin üzvü olan 6 nəfər həlak olub.
İRNA-nın məlumatına görə, bu hücum zamanı bir yəmənli uşaq da yaralanıb.
Ərəbistan rejimi ABŞ-ın himayəsi və BMT-nin sükutu altında 2015-ci ilin martından Yəmənə qarşı hərbi təcavüzə başlayıb və bu ölkəni qurudan, havadan və sudan mühasirəyə alıb. Ərəbistan Yəmənin istefada olan prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəməni viran edir.
Teqlər