Okt 20, 2017 14:42 Asia/Baku
  • Suriya ordusu və müqavimət ən böyük neft yatağına doğru irəliləyir
    Suriya ordusu və müqavimət ən böyük neft yatağına doğru irəliləyir

Suriya ordusu və müqavimət qüvvələri Deyruz-Zur vilayətinin şərq ətrafında Ziban strateji qəsəbəsini azad etdikdən sonra ən böyük neft yatağı olan əl-Ömər yatağına yaxınlaşa bilmişlər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Suriya qüvvələri Fərat çayının şərqində üzən körpülər yaratdıqdan sonra irəliləyiblər. Belə ki, əl-Ömər strateji neft yatağını nəzarətə götürsünlər, sonra isə şərqə, yəni İraq sərhədlərinə doğru irəliləsinlər.

Suriya qüvvələri həmçinin İraq sərhədlərində cənub istiqamətdən Deyruz-Zurun cənub hissəsində Bukamal şəhərinə doğru hərbi əməliyyatları yenidən başlayıblar.

Başqa bir məlumata görə isə, qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Gözətçisi qrupu dəqiq mənbələrin məlumatlarına istinadla bildirib ki, İŞİD-in bir çox komandanı qaçaraq Türkiyə ərazisinə keçmişdir.

Teqlər