Ərəbistan Yəməndə sivilləri atəşə tutub
-
Ərəbistan Yəməndə sivilləri atəşə tutub
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin şimalında yaşayış massivlərini bir neçə dəfə bombalayıb.
Əl-Məsirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Sədə vilayətinin Kətaf və Baqim bölgələrini dörd dəfə atəşə tutublar. Bu hücumlar nəticəsində yaşayış massivlərinə ciddi ziyan dəyib.
Bu hücumların ehtimal olunan tələfatı haqda məlumat verilməyib.
Əl-Məsirə televiziyası başqa bir məlumatda bildirib: Səudiyyəli qüvvələrin təcavüzkarlığına reaksiyada Yəmən ordusu və xalq qüvvələri şənbə günü günortadan sonra Cizan sərhəd bölgəsində Ərəbistanın bir hərbi avtomobilini məhv ediblər. Bu hücumda bu avtomobilin bütün sərnişinləri ölüb və ya yaralanıb.
Həmçinin bildirilib: Yəmən qüvvələrinin Ləhic vilayətinin Kərş bölgəsində Ərəbistana bağlı yəmənli muzdluların toplaşdığı məkana minaatanla hücumu nəticəsində bir qrup muzdlu ölüb və ya yaralanıb.