Okt 25, 2017 17:46 Asia/Baku
  • İraq ordusu Suriya sərhədində İŞİD-ə qarşı yekun hücuma hazırdır
    İraq ordusu Suriya sərhədində İŞİD-ə qarşı yekun hücuma hazırdır

İraq ordusu bildirib ki, bu ölkənin qüvvələri İraq torpaqlarının sonuncu hissəsinin İŞİD-in işğalından geri alınması üzrə yekun əməliyyata başlamağa hazırdırlar.

Belə bir halda, İraqın Ələnbar vilayətinin polisi də İraq-Suriya sərhədi yaxınlığında yerləşən Ravə və Əlqaim şəhərlərinin təmizlənməsi əməliyyatında iştirak etmək və bu iki şəhərin nəzarətini ələ almaq üçün bu ölkə qüvvələrindən dörd polkun döyüş meydanlarına göndərilməsindən xəbər verib.

İraq baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri və bu ölkədə xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi-nin komandanı Falih Əlfəyyaz da bildirib ki, İraqda İŞİD-in işinin bitməsinə çox az qalıbdır.

Teqlər