İşğal olunmuş Qüdsdə sionistlər üçün yeni yaşayış obyektləri tikilir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285713-İşğal_olunmuş_qüdsdə_sionistlər_üçün_yeni_yaşayış_obyektləri_tikilir
Sionist rejimin nazirlər kabineti işğal olunmuş Qüdsdə sionistlər üçün yeni yaşayış obyektlərinin tikintisi ilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 14:44 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə sionistlər üçün yeni yaşayış obyektləri tikilir
    İşğal olunmuş Qüdsdə sionistlər üçün yeni yaşayış obyektləri tikilir

Sionist rejimin nazirlər kabineti işğal olunmuş Qüdsdə sionistlər üçün yeni yaşayış obyektlərinin tikintisi ilə razılaşıb.

Sionist rejimin baş naziri Benyamin Netanyahunun nazirlər kabineti bu gün işğal olunmuş Qüdsdə sionistlər üçün 176 yeni yaşayış obyektinin inşası ilə razılaşıb.

Sionist rejimin sionist qəsəbələr salması elə bir halda artıbdır ki, BMT-nin Təhlükəsizlik Şurası 2016-cı ilin 23 dekabrında, məqsədi, sionist rejimin fələstinlilərin ərazilərində sionist qəsəbələr salmasına son qoymaq olan qətnamənin lehinə səs verdi.

Donald Trampın Ağ Evə daxil olması və sionist rejimə hərtərəfli dəstək verməsi ilə bu rejimin başçıları hər gün fələstinlilərin ərazilərində yeni sionist qəsəbələrin inşası üzrə yeni planlar irəli sürürlər.