Ərəbistan və sionist rejiml; rejimlərarası əlaqələrin normallaşdırılması prosesi davam edir
-
Ərəbistan və sionist rejiml; rejimlərarası əlaqələrin normallaşdırılması prosesi davam edir
Cinayətkar Ali-Səud rejimi ilə işğalçı sionist rejim İsrail arasında əlaqələrin normallaşdırılması prosesi görüşlər və danışıqlar formatında davam edir. Məxfi görüşlərlə yanaşı son zamanlar Təl-Əvivdə Ali-Səud və İsrail başçıları arasında görüşün baş tutduğu bildirilir.
Livanın Əl-Minar telekanalı bu barədə bildirib: Ərəbistanın Təhlükəsizlik Xidmətinin sabiq başçısı Türki Feysəl Nyu-Yorkda Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzində İsrailin Xarici Kəşfiyyat İdarəsi Mossad-ın sabiq şefi Yefrim Halovinin kənarında əyləşib.
Türki Feysələ istinadla bildirilir ki, O, bu iclasda "Yəhudilərin pulları və ərəblərin ağılı" ilə hər şeyi əldə etmək mümkündür deyib.
Türki Feysəlin Mossad-ın sabiq şefinin kənarında yer alması İsrail ilə Ərəbistan arasında əlaqələrin genişləndirilməsi üzrə məxfi görüşlər çərçivəsində olub.
Fransa xəbər agentliyinin Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın Təl-Əvivə olan məxfi səfəri ilə bağlı ifşa etdikləri Təl-Əviv ilə Ər-Riyad arasında əlaqələrin normallaşdırılması prosesinin sadəcə bir cəhətidir.
Fransa xəbər agentliyinin bildirdiyinə görə, Məhəmməd bin Salman İsrail-Ərəbistan əlaqələrinin memarı kimi tanınan Ənvər Eşqinin müşayiəti ilə Təl-Əvivə səfər edib.
Eşqi sionistlərin əlini sıxaraq, Fələstin xalqını didərgin salmış uşaq qatili olan işğalçı rejimi rəsmən tanıyıb.
Ərəbistanın Xarici İşlər Nazirliyinin bir rəsmisi Məhəmməd bin Salmanın Təl-Əvivə səfərini təkzib edib. Amma, belə bir səfərin baş tutub və ya tutmamasından asılı olmayaraq, İsrail başçılarının açıqlamaları bu xəbəri təsdiq edir. Aydın olur ki, İsrail və Ərəbistan arasında bir çox məsələ ilə bağlı geniş ahəngdarlıq var bu isə ərəb ölkələri ilə Fələstini işğal etmiş rejim arasında misilsiz əlaqələrin olmasından xəbər verir.