Okt 26, 2017 20:50 Asia/Baku
  • İraqın qərbinidə terrorçulara ağır zərbə
    İraqın qərbinidə terrorçulara ağır zərbə

İraqın könüllü xalq qüvvələri Həşdüşşəbinin informasiya xidməti xalq qüvvələri İraqın təhlükəsizlik qüvvələri ilə birlikdə Əl-Ənbar vilayətində yerləşən Əl-Qaim şəhərinin azad edilməsi məqsədi ilə sürətlə irəliləyirlər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Həşdüşşəbinin informasiya xidməti bildirib ki, İraqın təhlükəsizlik qüvvələri Həşdüşşəbi qüvvələri ilə birlikdə Əl-Ənbarın qərbində yerləşən Cübab məntəqəsini İŞİD terrorçularının işğalından azad edib, məntəqə üzərində İraq bayrağını dalğalandırıblar.

İraqın könüllü xalq və təhlükəsizlik qüvvələri daha sonra İraq ordusu hava qüvvələrinin dəstəyi ilə Əl-Qaim şəhərinin cənubunda yerləşən Əl-Səəd hərbi aerodromunu terrorçuların işğalından azad ediblər.

Bu məlumata görə, İraqın təhlükəsizlik qüvvələri Həşdüşşəbi qüvvələri ilə birlikdə Hava Qüvvələrinin dəstəyi ilə Əl-Qaim şəhərinin cənubunda yerləşən Nəsr, Əbid, Əl-Əğər, Əl-Hulqum və Cəhiş vadilərini də terrorçulardan təmizləyiblər. Terrorçular ilə gedən döyüşlərdə İŞİD ağır itkilər verib.

İraqın birləşmiş silahlı qüvvələri baş nazir və İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər Əl-İbadinin göstərişi ilə Əl-Ənbar vilayətində, Suriya ilə sərhəd məntəqədə yerləşən Əl-Qaim şəhərini terrorçulardan azad etmək üçün geniş hərbi əməliyyatlara başlayıblar.

Teqlər