İraqlı qüvvələrin irəliləyişi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285798-İraqlı_qüvvələrin_irəliləyişi_davam_edir
Müştərək iraqlı qüvvələr Ələnbar vilayətinin qərbində yerləşən Qaim rayonundakı irəliləyişini davam etdirərək, Suriya sərhədinə çatıblar. Onlar Suriyanın ordu qüvvələrinin həmkarlığı ilə hər cür təhlükəsizlik pozuntusunun qarşısını almaq üçün müştərək qərargahlar yaradıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2017 16:38 Asia/Baku
  • İraqlı qüvvələrin irəliləyişi davam edir
    İraqlı qüvvələrin irəliləyişi davam edir

Müştərək iraqlı qüvvələr Ələnbar vilayətinin qərbində yerləşən Qaim rayonundakı irəliləyişini davam etdirərək, Suriya sərhədinə çatıblar. Onlar Suriyanın ordu qüvvələrinin həmkarlığı ilə hər cür təhlükəsizlik pozuntusunun qarşısını almaq üçün müştərək qərargahlar yaradıblar.

İraqlı qüvvələr Ələnbar vilayətinin qərb məntəqələrinin azad edilməsi əməliyyatının ikinci etapının davamında bu gün səhər Qaim rayonu ətrafındakı bütün məntəqə və binaları İŞİD-in işğalından çıxarmağa müvəffəq olublar.

İraqlı qüvvələr Qaimin cənubunda İŞİD ilə kəskin döyüşlərdə otuza yaxın terrorçunu öldürüb, onlarla nəfəri yaralayaraq, bu rayonun mərkəzinə doğru irəliləyiblər.

Suriyanın bir hərbi rəsmisi də deyib: Suriyalı qüvvələr iraqlı müqavimət qüvvələri ilə terrorçulara qarşı vahid səngərdədirlər və hazırda İraq-Suriya sərhədlərinin 250 kilometrindən çoxu təmizlənibdir.

İraq ordusunun Ələnbar vilayətinin qərbində Qaim və Ravəh şəhərlərinin azad edilməsi üzrə geniş əməliyyatı İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə dünən səhər başlanıbdır.