Cəbhətünnüsrənin başçılarından biri öldürülüb
-
Cəbhətünnüsrənin başçılarından biri öldürülüb
Təhrirüşşam(Cəbhətünnüsrə) terror qrupu Suriyanın İdlib vilayətində bu qrupun başçılarından olan Əbu Təlhə Əl-Ərdəninin öldürüldüyünü bildirib.
İRNA-nın verdiyi məlumata görə, Cəbhətünnüsra terror qrupu dünən bildirib: Əbu Təlhə Məridisə qəsəbəsində yol kənarı bombanın partlaması nəticəsində ölüb.
Suriya müttəfiqlərinin əməliyyat mərkəzi də İŞİD ünsürlərindən bir video yayıb ki, onların Deyrəzzurda psixoloji pozuntu yaradan narkotiklərdən istifadə etdiklərini göstərir.
İŞİD-in bu üzvü Suriya ordusu və müttəfiqlərinin Əl-Məyadin şəhərinin ətrafında həyata keçirdikləri əməliyyatda öldürülüb.
Suriyanın Əl-Əxbariyyə telekanalı da bildirib: Terrorçuların Homahın şimalına Əsilə və Səfsafiyyə kəndlərini atəşə tutmaları nəticəsində bir suriyalı mülki həlak olub.