BMT Yəməndə ikiüzlü rol oynayır
-
BMT Yəməndə ikiüzlü rol oynayır
Yəmən Ənsarullahının rəsmi sözçüsü Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın Yəmən barədə son bəyanatına münasibət bildirərkən deyib: Bu sözlər Birləşmiş Millətlər Təşkilatının Yəməndəki ikiüzlü rolunu aşkar etdi.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Məhəmməd Əbdüssalam bir bəyanatda bildirib: Məhəmməd Bin Salmanın son sözləri, BMT-nin artmaqda olan rüsvayçılığının və bu təşkilatının Yəmən mövzusundakı ikiüzlü rolunun ifşasıdır.
Bəyanatda deyilir: Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün davam etməsi, bütün azadlıqsevər xalqlara təcavüz, beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi və təhlükəli təhdiddir.
O deyib: Səudiyyə rejiminin düşmənçiliyi, müharibəyə israrlı qalması barədə sadəcə onu demək olar ki, onlar Amerikanın hegemonçu planlarına xidmət edərək sionist işğalçıların kənarında durmağa cəhd göstərirlər.
O deyib: Hizbullah tarixi düşmən qarşısında mübarizədə azadlıqsevər hərəkatlar və Yəmən xalqı üçün bir nümunədir.