Okt 29, 2017 15:05 Asia/Baku
  • Taliban 17 əfqan polisi öldürüb
    Taliban 17 əfqan polisi öldürüb

Taliban qrupu Əfqanıstanın şimalındakı Qonduz əyalətində 17 əfqan polisi öldürüb.

Qonduz əyalətinin Xanabad rayonunun icra hakimi Həyatullah Əmiri bu gün bu xəbəri təsdiq edərək, deyib: Taliban qrupunun üzvləri bu rayonun polis mərkəzinə basqın edərək, oradakı qüvvələri atəşə tutublar.

O bildirib ki, bu hücumda bir neçə polis də yaralanıbdır.

Bundan öncə də Əfqanıstanın şimalında yerləşən Qonduz əyalətinin "Çəhardərrə" məntəqəsinin yoxlama-buraxılış məntəqəsində taliblər tərəfindən bomba yerləşdirilmiş bir avtomobil partladılıb. Nəticədə üç polis məmuru ölüb, bir qrup polis də yaralanıbdır.

Teqlər