Son bir həftədə 46 səud muzduru hədəfə alınıb
-
Son bir həftədə 46 səud muzduru hədəfə alınıb
Yəmən ordusunun ötən bir həftə ərzində səud təcavüzkarlarına qarşı hərbi əməliyyatlarının davam etməsilə 46 səud muzduru yəmənli snayperlərin hədəfinə tuş gəlib.
Təhlükəsizlik mənbələri bildiriblər ki, bir həftə ərzində 21 səud muzduru Yəmən ordusu snayperlərinin Təiz, Şəbuh, Doqquzuncu və Sərvah cəbhələrindəki əməliyyatlarında öldürülüb və ya yaralanıbdır.
Təhlükəsizlik mənbələrinin bildirdiklərinə görə, azı 25 muzdur da ötən iki gündə müxtəlif cəbhələrdə keçirilən əməliyyatlarda Yəmən ordusu snayperlərinin hədəfinə tuş gəlibdir.
Beləliklə, Yəmən ordusu snayperləri və Ənsarullah qüvvələri keçən bir həftə ərzində 46 səud muzdurunu hədəfə alıblar; onlardan bir qrupu ölüb, bir qrupu isə yaralanıbdır.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə basqın edərək, bu ölkəni qurudan, dənizdən və havadan mühasirəyə alıbdır.
Ərəbistanın Yəməndəki militarizmi on minlərlə yəmənlinin dünyasını dəyişməsi və ya yaralanması ilə nəticələnib və bu ölkəni kəskin qida maddələri və dərman çatışmazlığı, eləcə də vəba xəstəliyinin yayılması ilə üzləşdiribdir.