Səudiyyə muzdlularının mövqeləri hədəfə alınıb
-
Səudiyyə muzdlularının mövqeləri hədəfə alınıb
Yəmən ordusu və xalq komitələri Əccof vilayətində səudiyyə muzdlularının mövqelərinə hücum ediblər.
Əl-Aləmin verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri bu gün baş tutan hücumda bir neçə Səudiyyə muzdlusunu məhv edib və yaralayıblar.
Yəmənli qüvvələr Səna vilayətində Yam dağında təcavüzkar Səudiyyənin bir ədəd zirehli texnikasını raketlə məhv ediblər. Nəticədə sərnişinləri və ətrafındakı muzdlular öldürülüblər.
Səudiyyə Ərəbistanı Amerika və BƏƏ-nin himayəsi ilə 2015-ci il mart ayında Yəmənə hücum edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə də alıb.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzləri nəticəsində indiyədək on minlərlə yəmənli həlak olub yaxud yaralanıb və bu ölkə ərzaq malları, dərman preparatlarının çatışmazlığı və xəstəliklərin yayılması problemi ilə üz-üzədir.