Noy 02, 2017 21:39 Asia/Baku
  • Fələstinlilərin Balfor deklarasiyası qarşısında müqaviməti davam edir
    Fələstinlilərin Balfor deklarasiyası qarşısında müqaviməti davam edir

Artıq bir əsrdən çoxdur ki, sionistlər Fələstin və Fələstin xalqına qarşı müxtəlif cinayətlər, vəhşiliklər və vandalıqlar törətməkdədir. 1917-ci ildə İngiltərənin o vaxtkı xarici işlər naziri Artur Ceyms Balfor Britaniyanın İcmalar Palatasının üzvü və sionist siyasətçi Valter Rosçildə xitabən Balfor deklarasiyasını yazmışdı.

1887-ci ildə Fələstinin yəhudi sakinlərinin sayı bu ölkənin sadəcə 3%-ni təşkil edirdi. Amma Osmanlı imperatorluğunun süqutu və bu imperiyanın ərazisinin Fransa və İngiltərə arasında bölünməsindən sonra, 1917-ci ildə İngiltərənin o vaxtkı xarici işlər naziri Lord Balfor sionistlərin nümayəndəsi Lord Rosçildə ünvanladığı məktubda Fələstində yəhud ailəsinin təşkil olunmasını dəstəklədi. Nəticədə 1918-ci ildən I Dünya Müharibəsinin bitməsi ilə yəhudilərin Fələstinə köç axını başlandı.

Bir fələstinli deyib: Fələstinli qocalar dünyalarını dəyişəcəklər, amma uşaqlar və gələcək nəsillər Fələstin xalqının hüququ və fələstinlilərin geri qayıdışı haqqına etinasız deyillər.

1947-ci ildə İngiltərənin Fələstindən çıxması ilə BMT 181 saylı qətnamə qəbul edərək iki ölkənin təşkil olunması layihəsini təqdim etdi. Bu layihəyə əsasən, Fələstinin ərazisinin böyük hissəsi yəni 55%-i bu ölkənin yalnız 30%-ni təşkil edən və bu vaxta qədər ölkənin sadəcə 7%-nə sahib olan yəhudilərin ixtiyarına verildi.

Fələstinli qoca qadın deyir: Onlar Deyr-Yasində çoxlu sayda fələstinlini qətlə yetirdilər. Hətta hamilə qadınları da evlərindən qovdular. Həmin cinayəti Kəfər-Qasimdə də törətdilər.

Sionistlər 1948-ci ildə Fələstini tam şəkildə işğal və sionist rejimin təşkil olunmasını rəsmi şəkildə elan etdilər. ABŞ da dərhal bu rejimi rəsmən tanıdı. Bu rejimin başçıları avantüra, cinayət və fələstinlilərin kütləvi şəkildə qovulmasını öz gündəmlərinə saldılar. 400-dən çox kəndi viran etdilər, 800 min fələstinlini öz ölkələrindən qovdular.

Fələstinli qarı deyir: Allah sionistləri məhv etsin, Amerikadan çoxlu sayda yəhudini Fələstinə gətirdilər, onları Fələstində öz ərazilərimizdə bizim əvəzimizə yerləşdirdilər. Bu diyarın əsil sahibləri olan bizləri ev-eşiyimizdən qovdular.

1967 müharibəsində ərəblərin məğlubiyyətindən sonra ABŞ və İngiltərənin güclü dəstəyinə malik olan sionist rejimin işğalçılıq və cinayətkarlıq xisləti daha da gücləndi.

Bir əsrdən çoxdur ki, Fələstinin məzlum xalqı sionist rejimin müxtəlif vəhşilik və cinayətlərinin qurbanı olur və son illərdə bu cinayətlər daha da genişlənmişdir.

 

Teqlər