Fələstinlilər Balfur bəyannaməsinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286056-fələstinlilər_balfur_bəyannaməsinə_etiraz_ediblər
Minlərlə fəlsətinli Balfur bəyannaməsinin yüzilliyi dönümündə bu bəyannaməyə etiraz olaraq, Ramullah şəhərində aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2017 06:03 Asia/Baku
  • Fələstinlilər Balfur bəyannaməsinə etiraz ediblər
    Fələstinlilər Balfur bəyannaməsinə etiraz ediblər

Minlərlə fəlsətinli Balfur bəyannaməsinin yüzilliyi dönümündə bu bəyannaməyə etiraz olaraq, Ramullah şəhərində aksiya keçirib.

Balfur bəyannaməsinə etiraz edənlər dünən Ramullah şəhərinin mərkəzindən İngiltərə səfirliyinə doğru yürüş keçiriblər.

Balfur bəyannaməsinə etiraz istiqamətində Beytulmuqəddəsin şərqində və Qəzzə şəhərində də aksiyalar keçirilib.

Belə bir halda, Fələstin İslam Müqaviməti Hərəkatı-Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyə dünən Balfur bəyannaməsinin pislənilməsi istiqamətində Qəzzə şəhərində keçirilən yığıncaqda bildirib: Həmas heç vaxt İsrail rejimini rəsmən tanımayacaq və Fələstin ərazisindən azacıq da olsa belə vaz keçməyəcəkdir.