Noy 03, 2017 12:18 Asia/Baku
  • İraq Kürdüstanı məntəqəsi başçılarının Bağdada təklifi
    İraq Kürdüstanı məntəqəsi başçılarının Bağdada təklifi

İraq Kürdüstanı məntəqəsinin başçıları İraq ordusu ilə birgə qüvvələrin Türkiyə sərhədlərində yerləşdirilməsini təklif ediblər.

İraq Kürdüstanı məntəqəsinin başçıları dünən təklif ediblər ki, bu məntəqənin və İraq ordusunun müştərək qüvvələri Türkiyə sərhədlərində yerləşsinlər və amerikan koalisiya da bu planda iştirak etmiş olsun ki, Ərbil ilə İraqın mərkəzi dövləti arasında yaranmış ixtilaflara son qoyulmuş olsun.

Bu təklif İraq ordusunun kürdlərin əməkdaşlıq etməyəcəkləri təqdirdə, peşmərgə qüvvələrinə qarşı hərbi əməliyyatını bərpa edəcəyi ilə hədələməsindən sonra irəli sürülübdür.

Bağdad İraq Kürdüstanı məntəqəsinin başçılarını onda ittiham edir ki, bu məntəqədəki sərhəd postlarına nəzarətin iraqlı qüvvələrə köüçrülməsini təxirə salmağa və müzakirələrdən öz mövqelərinin gücləndirilməsində istifadə etməyə çalışırlar.

 

 

Teqlər