Noy 03, 2017 16:49 Asia/Baku
  • Suriyanın Qunəytrə vilayətində terror partlayışı
    Suriyanın Qunəytrə vilayətində terror partlayışı

Suriyanın Qunəytrə vilayətində həyata keçirilmiş terror hücumunda azı doqquz suriyalı ölüb, 32 nəfər də yaralanıbdır.

Cibhətunnusrə terror qrupu bu gün Suriyanın cənub-qərbində yerləşən Qunəytrə vilayətindəki Hizr qəsəbəsində bomba qoyulmuş avtomobil partladıb. Bəzi yaralıların vəziyyəti ağır elan olunubdur.

Məlumatlara əsasən, bu bomba qoyulmuş avtomobil işğal olunmuş Fələstin sərhədindəki “Əltəlul Əlhəmr” məntəqəsindən bu məntəqəyə daxil olub və partlayışdan sonra Cibhətunnusrə terror qrupu Hizr qəsəbəsinə basqın edib.

Qunəytrə vilayətinin bir neçə qəsəbə və kəndində Cibhətunnusrə terror qrupu iştirak edir. Bu terrorçuların ehtiyacları sionist rejim və işğal olunmuş Fələstin ərazisindən təmin olunur.

 

Teqlər