BMT yüz minlərlə yəmənli uşağın aclığı haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286221-bmt_yüz_minlərlə_yəmənli_uşağın_aclığı_haqda_xəbərdarlıq_etdi
Ümumdünya Ərzaq Proqramı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməni quru, dəniz və havadan mühasirəyə almaları nəticəsində yüz minlərlə yəmənli uşağın həyatının təhlükəyə düşməsi haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2017 14:30 Asia/Baku
  • BMT yüz minlərlə yəmənli uşağın aclığı haqda xəbərdarlıq etdi

Ümumdünya Ərzaq Proqramı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməni quru, dəniz və havadan mühasirəyə almaları nəticəsində yüz minlərlə yəmənli uşağın həyatının təhlükəyə düşməsi haqda xəbərdarlıq edib.

Associated Pressin məlumatına görə, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri David Bisli çərşənbə axşamı günü deyib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin quru, dəniz və hava yollarını bağlaması gələn iki həftə ərzində yüz minlərlə yəmənli uşağı aclıq durumuna salacaq.

Ümumdünya Ərzaq Proqramının rəhbəri bildirib: Bu təşkilat maliyyə ehtiyatlarının çatışmazlığı, eləcə də bölgələrə getməyin mümkün olmadığına görə, sadəcə yeddi milyon yəmənliyə yardım edir.

Bisli əlavə edib: Bu problemlər davam etdiyi halda Yəməndəki hazırkı vəziyyət son dekadalarda bəşəriyyətin ən dəhşətli faciələrindən biri ilə nəticələnəcək.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmən ordusu və xalq qüvvələrinin Ər-Riyada raket hücumundan sonra, müharibə qaydalarına zidd olaraq Yəmənin hava, quru və dəniz keçidlərini beynəlxalq humanitar qüvvələrin üzünə bağlayıb.

Səudiyyə Ərəbistanı ABŞ və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Bu müharibə on minlərlə yəmənli sivilin həlak olması ilə nəticələnib.