BQXK Yəmən sərhədlərinin ərzaq və dərmanın üzünə açılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286263-bqxk_yəmən_sərhədlərinin_ərzaq_və_dərmanın_üzünə_açılmasını_istəyib
Beynəlxalq Qızıl Xaç Komitəsi Yəmənə tibb ləvazimatı və avadanlığı, həmçinin qida maddələrinin göndərilməsi məqsədilə bu ölkənin bütün sərhədlərinin yenidən açılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2017 13:35 Asia/Baku
  • BQXK Yəmən sərhədlərinin ərzaq və dərmanın üzünə açılmasını istəyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Yəmənə tibb ləvazimatı və avadanlığı, həmçinin qida maddələrinin göndərilməsi məqsədilə bu ölkənin bütün sərhədlərinin yenidən açılmasını istəyib.

Beynəlxalq Qızıl Xaç Komitəsi dünən bildiribdir ki, vəba xəstəliyinin yayılmasının qarşısının alınması üçün nəzərdə tutulmuş "xlor" həbi yükü Yəmənin şimal sərhədində boşaldılmayıb və belə bir nigarançılıq mövcuddur ki, bu hadisə gələn həftə təhvil verilməsi nəzərdə tutulan diabet xəstələri üçün 50 min insulin flakonu barədə də baş vermiş olsun.

Ərəbistanın başçılıq etdiyi Yəmənin ordusu və xalq səfərbər qüvvələrinin noyabrın beşində Ərriyada qarşı raket hücumundan sonra Yəmənə təcavüz etmiş ölkələr koalisiyası müharibə qaydaları ilə təzad təşkil edən bir hərəkətdə bu ölkənin dəniz, hava və quru keçidlərini beynəlxalq yardım qüvvələrinin üzünə bağlayıbdır.

BMT-nin humanitar məsələlər ofisi Ərəbistanın başçılıq etdiyi Yəmənə təcavüz etmiş ölkələr koalisiyasından istəyibdir ki, bu ölkəyə yardımın çatdırıılmasını dayandırmış Yəmənin mühasirəsinə son qoysun.

Ümumdünya Səhiyyə Təşkilatı da dünən bildiribdir ki, Ərəbistanın Yəməni mühasirə etmək və bu ölkəyə humanitar yardımların çatmasını əngəlləmək üzrə addımları bu təşkilatın Yəməndə vəba xəstəliyi ilə mübarizə üzrə səylərinə xələl gətirir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yəməndə vəbaya yoluxma nəticəsində 2194 nəfər öz həyatını itiribdir.

Yəmən 2015-ci ilin martında ABŞ-ın və bir neçə digər ölkənin dəstəyilə Yəmənə hücum etdi ki, bu hücum nəticəsində on minlərlə nəfər öldürülüb, yaralanıb və yüz minlərlə yəmənli də didərgin düşübdür.