Noy 09, 2017 20:39 Asia/Baku
  • Səudiyyə Ərəbistanına Livan haqda xəbərdarlıq
    Səudiyyə Ərəbistanına Livan haqda xəbərdarlıq

Livan parlamentində Müqavimət Fraksiyası Səudiyyə Ərəbistanının Livanın daxili məsələlərinə müdaxilələrinin davam etməsinin mənfi nəticələri haqda xəbərdarlıq edib.

Əl-Məyadin televiziyasının məlumatına görə, Müqavimət Fraksiyası bu gün Livan parlamentində oxunan bəyanatında bildirib: Səudiyyə Ərəbistanı Livanın daxili məsələlərində müdaxilələrinə son qoymalı və öz böhranlarını bu ölkəyə nəql etməməlidir. 

Livan parlamentində Müqavimət Fraksiyası bu bəyanatada əlavə edib: Səudiyyə Ərəbistanı region ölkələrinə təcavüz etmək və onların daxili məsələlərinə müdaxilə etmək yerinə yaxşı olar ki, öz daxili qarmaqarışıq vəziyyəti və xarici siyasətini düzəltsin. 

Bu bəyanatda bildirilir: Suriya, İraq və Yəmənin müqavimətinin nəticəsi olan yeni olaylar bütün tərəflərin əhatəli baxışa olmasını tələb edir. Bleə ki, regionun prosesləri haqda daha ayıq-sayıq yolu seçsinlər. 

Livan parlamentində Müqavimət Fraksiyası ölkənin təhlükəsizliyinin qorunması, Livan baş naziri Səd Həririnin Ər-Riyadda şübhəli şəkildə istefa verməsinin həqiqi səbəblərinin aydınlaşması və ölkənin şəraitinə uyğun münasib addımların atılmasını istəyib. 

Səd Həriri 4 noyabr 2017-ci ildə Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda gözlənilməz şəkildə Livan baş naziri vəzifəsindən istefa verdi. 

Teqlər