Noy 10, 2017 09:45 Asia/Baku
  • Ərəbistan öz vətəndaşlarından Livanı tərk etmələrini istəyib

Ərəbistan xarici işlər nazirliyi dünən bir bəyanatda Livandakı vətəndaşlarından tez bir zamanda həmin ölkəni tərk etmələrini istəyib

Bu bəyanatda habelə Səudiyyə vətəndaşlarından istənilibdir ki, naməlum müddətədək Livana səfər etməsinlər.

Ərəbistan dövlətinin öz vətəndaşlarına xəbərdarlığı Səəd Həririnin Livanın baş nazirliyi vəzifəsindən istefa verməsindən bir neçə gün sonra həyata keçir.

Səəd Həriri şənbə günü Ərriyadda oxuduğu bir bəyanatda Livanın baş nazirliyi vəzifəsindən istefa verdiyini bildirdi.

Bir çox Livan rəsmisi bu qənaətdədir ki, Həririnin istefası Ərəbistanın təzyiqləri altında və Livanın daxili və xaricində Hizbullaha zərbə vurmaq hədəfilə həyata keçibdir.

Teqlər