Səudiyyə Ərəbistanında 100 milyard dollarlıq korrupsiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286335-səudiyyə_Ərəbistanında_100_milyard_dollarlıq_korrupsiya
Ərəbistan baş prokurorluğu aparılmış bir təhqiqata əsasən bildirib ki, bu ölkədə təqribən 100 milyard dollarlıq korrupsiya baş veribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2017 06:28 Asia/Baku
  • Səudiyyə Ərəbistanında 100 milyard dollarlıq korrupsiya

Ərəbistan baş prokurorluğu aparılmış bir təhqiqata əsasən bildirib ki, bu ölkədə təqribən 100 milyard dollarlıq korrupsiya baş veribdir.

Ərəbistanın baş prokuroru Səud Əlmucib bir bəyanatda keçən üç il ərzində aparılmış bir təhqiqata istinadla deyibdir ki, ötən bir neçə onillik ərzində sistematik korrupsiya vasitəsilə azı yüz milyard dollar mənimsənilibdir.

Ərəbistanın baş prokuroru əlavə edib: Son günlər ərzində korrupsiyada ittiham olunan 208 nəfər istintaq edilibdir ki, onların yeddi nəfəri azad olunubdur.

Əlmucib monarxiya xanədanından onlarla simanın, eləcə də nazir və tacirin həbs olunmasını "təkcə korrupsiya ilə mübarizə əməliyyatının başlanması" adlandırıb.

Belə bir halda, politoloqlar və analitiklər Ərəbistan dövlətinin bu hərəkətini bu ölkənin vəliəhdi Muhəmməd bin Salmanın qüdrətinin gücləndirilməsi istiqamətində atılan addım hesab edirlər.