Noy 10, 2017 19:47 Asia/Baku
  • Nəsrullah: Həririnin istefası səudiyyəlilərin məcburiyyəti ilə olub

Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah Livanın baş naziri Səd Həririnin istefa verməsinin səudiyyəlilər tərəfindən məcbur edilərək baş tutduğunu bildirib və deyib: Sədudiyyəlilərin Livanın baş nazirini təhqir etməsi bütün livanlılara qarşı təhqirdir.

Livan Hizbullahının baş katibi bu gün İmam Hüseyn(ə) ərbəini münasibəti ilə Beyrutun cənubunda etdiyi çıxışında deyib: Ölkədə misli görünməmiş sabitlik və təhlükəsizlik hökm sürürdü və Livan xalqı arxayın idi amma şənbə günündən başlayaraq ölkəni siyasi böhrana və önəmli bir mərhələyə sürüklədilər və onun təhlükəli olub-olmayacağı livanlılardan asılıdır.

Nəsrullah deyib: Bu gün bütün livanlılar və dünya tam əmindir ki, Səd Həririnin istefaya məcbur edən Səudiyyə Ərəbistanı olub və Həririni Ərəbistanda qalmaq məcburiyyətində də qoyub. Həriri Səudiyyə Ərəbistanında həbsdədir və Livana qayıtmasına qadağa qoyulub, Səudiyyə rejimi Livana yeni baş nazir qəbul etdirməyə cəhd göstərir.

Seyid Həsən Nəsrullah deyib: Səd Həririnin istefası qeyri qanunidir və çəkinərəh həyata keçib, Livan hökuməti hələ də qanunidir.

Livan Hizbullahının baş katibi Hizbullah ilə Səudiyyə Ərəbistanı arasındakı problemlər və ixtilaflarına toxunaraq deyib: Bu ixtilaflara rəğmən bu gün Səudiyyə Ərəbistanının təhdidlər və tədbirləri Livana qarşı müharibədir və Səudiyyə Ərəbistanı sionist rejimi Livana hücum etməyə qıcıqlandırır.

Seyid Həsən Nəsrullah İŞİD-in regionda törətdiyi cinayətlərə toxunaraq deyib: Amerika və Səudiyyə Ərəbistanı İŞİD-i yaratdılar və bəzi region ölkələri ona dəstək verdilər amma islama və insani dəyərlərə qarşı ən böyük planın puça çıxarılması ilə İraq və Suriyada İŞİD-in tam məhv edilməsinə çox zaman qalmayıb.

Livan Hizbullahının baş katibi İmam Hüseyn(ə) ərbəinində milyonluq yürüşün misilsiz fenomen olduğunu vurğulayaraq deyib: Bu hadisə düşündürücüdür, bütün ölkələrdən zəvvarlar Kərbəlaya gəlir və onların sayı 20 milyon təxmin edilir.

Teqlər