Təl-Əviv və Ər-Riyad əlaqələrinin normallaşdırılması prosesi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286405-təl_Əviv_və_Ər_riyad_əlaqələrinin_normallaşdırılması_prosesi_davam_edir
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni və Səudiyə Ərəbistanının Kəşfiyyat İdarəsinin sabiq başçısı Türki Feysəl Amerikada görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 04:49 Asia/Baku
  • Təl-Əviv və Ər-Riyad əlaqələrinin normallaşdırılması prosesi davam edir
    Təl-Əviv və Ər-Riyad əlaqələrinin normallaşdırılması prosesi davam edir

İsrailin sabiq xarici işlər naziri Tzipi Livni və Səudiyə Ərəbistanının Kəşfiyyat İdarəsinin sabiq başçısı Türki Feysəl Amerikada görüşüblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Tzipi livni bu görüşün ardınca öz Tvitter hesabında paylaşdığı bir yazıda regionda sülhün bərqərar edilməsi və ərəb ölkələri ilə əlaqələrin normallaşdırılmasının yolunu fələstinlilər ilə sülhün əldə edilməsi adlandırıb. 

İsrail və Səudiyə Ərəbistanı təmsilçiləri arasındakı görüşlər iki rejim arasındakı əlaqələrin normallaşdırılması çərçivəsində baş tutur. 

Fələstin torpaqlarının sionistlər tərəfindən işğal edilməsi və fələstinlilərin uzun illərdir ki, sionistlərin zülm və zorakılıqlarına məruz qalmasına baxmayaraq, Səudiyə Ərəbistanı islam torpaqlarını işğal etmiş İsrail rejimi ilə əlaqələrini normallaşdırmağa çalışır.