Livan prezidenti Ərəbistandan açıqlama istədi
-
Livan prezidenti Ərəbistandan açıqlama istədi
Livan prezidenti Mişel Oun Ərəbistandan bu ölkənin baş naziri Səəd Həririnin naməlum taleyinə aydınlıq gətirməsini və onun Livana geri dönməsinə icazə verməsini istəyib.
Livan prezidenti Ər-Riyaddan bu ölkənin baş naziri Səəd Həririnin Ərəbistanı tərk etməsi və Livana geri dönməsinə mane olmasının səbəblərinə aydınlıq gətirsin. Mişel Oun deyib: Livan öz baş nazirinin beynəlxalq qanunlara sığmayan bir vəziyyət ilə üzləşməsinə icazə verməyəcək. Tunisin baş naziri də Səudiyə Ərəbistanı başçılarına xitabən deyib: Regionda kifayət qədər böhran var və yeni bir böhran yaratmağa ehtiyac yoxdur. Yusif Şahid həmçinin deyib: Tunis digər ölkələrin daxili məsələlərinə müdaxilə etməyi özünün əsas prioriteti hesab edir. Keçmiş böhranlar Ərəb dünyası üçün kafidir və ərəb xalqlarının gözləntiləri ayrıdır. Livanın baş naziri Səəd Həriri ötən həftə Ərəbistana olan gözlənilməz səfərinin ardınca, öz vəzifəsindən istefa verdiyini açıqlayıb. Ər-Riyad bir həftədən çoxdur ki, Həririyə ölkəni tərk etmək icazəsi vermir. Bu arada İsrailin Əmək Partiyasının başçısı Afiqa Bayın ötən iki ay ərzində Avropa ölkələrində Ərəbistan başçıları ilə olan görüşləri ifşa edilib.
Ali-Səudun əsirinə çevrilən Həriri. Livanın baş naziri Səəd Həririnin taleyi naməlum olaraq qalmaqda davam edir. Ötən həftə gözlənilmədən Ər-Riyada səfər edən və Ərəbistanın dövlət telekanalı olan Əl-Ərəbiyyənin kameraları önündə baş nazirlik vəzifəsindən istefa verdiyini elan edən Həririnin taleyi hələ də qaranlıq olaraq qalmaqdadır. Onun gözlənilmədən istefa verməsi və ardınca yoxa çıxmasının Səudiyə şahzadələrinin Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın göstərişi əsasında kütləvi şəkildə həbs edilməsi ilə bir vaxta təsadüf etməsi Həririnin vəziyyətini bir qədər də mürəkkəbləşdirib. Livan prezidenti Mişel Oun ölkə rəsmiləri ilə bir həftə davam edən məsləhətləşmələrin ardınca Ər-Riyada Səəd Həririnin zorla saxlanılmasının mənfi nəticələri haqda xəbərdarlıq edib. Analitiklər isə İsrail rejiminin yaranmış vəziyyəti sevinclə qarşılamasını nəzərə alaraq, ABŞ, İsrail və Ərəbistan üçbucağının regionu böhrana sürükləmək üzrə İŞİD və İraq Kürdüstanı kartlarının ardınca, bu dəfə Livan kartını oyuna daxil etdiyini deyirlər.
İran İslam Şurası Məclisinin beynəlxalq məsələlər üzrə sədr köməkçisi Əmir Abdullahiyan yaranmış vəziyyəti belə dəyərləndirir: “Regionu öz istəyi əsasında idarə etməyə çalışan amma, bütün planları bir-birinin ardınca iflasa uğrayan Amerikan-Sionist cəbhəsi regionda sülh və sabitliyin bərqərar edilməsini istəmir. Amerikan – Sionist cəbhəsi Suriya və İraqda terrorizm və separatçılıq planlarının fiaskoya düçar olmasının ardınca regionu xaosa sürükləmək üçün növbəti planı işə salıb. Zira, sülh və sabitlik onların maraqlarının gerçəkləşdirilməsi yolunda duran əsas maneədir.”
Amerikan – Sionist cəbhəsi regionu böhrana sürükləmək, ölkələri viran etmək hesabına İsrailin təhlükəsizliyini təmin etməyə çalışır. Amma, livanlılar Səəd Həririnin istefa verməsi formasını təəccüblə qarşılayaraq, bu böhranın da öhdəsindən gələcəklərini deyirlər.
Livanın sabiq xarici işlər naziri Ədnan Mənsur deyir: “Biz livanlılar özümüzü müdafiə etməyi bacarırıq. Livan hazırda önləyicilik qüdrətinə malikdir. Və istənilən düşmənçiliyi və düşünülməmiş addımı cavablandırmağa qadirdir. Bizim böyük təcrübəmiz var. Biz uzun illərdir ki, sionistlər və İsrail rejimi ilə savaşırıq.”
Livanda isə sabitlik davam edir. İndi, şər qüvvələrin müqavimət cəbhəsində sabitliyi pozmaq üzrə daha hansı planlara malik olduğunu zaman göstərəcək. Amma, terrorizm və separatçılıq fitnələrinin öhdəsindən uğurla gələn müqavimət cəbhəsi heç şübhəsiz yeni sınaqdan da başıuca çıxacaq.