Ali-Səud rejimi Yəməndə 100 mülkini qətlə yetirib; cəmi bir həftə ərzində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286458-ali_səud_rejimi_yəməndə_100_mülkini_qətlə_yetirib_cəmi_bir_həftə_ərzində
Ərəbistanın Yəmənə qarşı amansız hücumlarından 1000 gün ötür. Və sadəcə ötən bir həftə ərzində 100 yəmənli mülki Səudiyə-Amerikan koalisiyasının hava hücumlarında həyatını itirib. Dünya ictimaiyyəti isə bu cinayətlərə göz yumaraq, Ərəbistanın öz cinayətlərini təcavüzün ilk günlərində olduğu kimi tam qəddarlıqla davam etdirməsinə öz sükutu ilə dəstək verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2017 08:32 Asia/Baku
  • Ali-Səud rejimi Yəməndə 100 mülkini qətlə yetirib; cəmi bir həftə ərzində
    Ali-Səud rejimi Yəməndə 100 mülkini qətlə yetirib; cəmi bir həftə ərzində

Ərəbistanın Yəmənə qarşı amansız hücumlarından 1000 gün ötür. Və sadəcə ötən bir həftə ərzində 100 yəmənli mülki Səudiyə-Amerikan koalisiyasının hava hücumlarında həyatını itirib. Dünya ictimaiyyəti isə bu cinayətlərə göz yumaraq, Ərəbistanın öz cinayətlərini təcavüzün ilk günlərində olduğu kimi tam qəddarlıqla davam etdirməsinə öz sükutu ilə dəstək verir.

Ali-Səudun Yəmən xalqına qarşı başlatdığı amansız təcavüzlər və Yəmən xalqının ağrı və acı ilə dolu olan müsibətləri artıq 1000 gündür ki, davam edir. Bu müddət ərzində Ərəbistan rejimi Yəmən xalqının müqavimətini qırmaq və onları təslim olmağa məcbur etmək üçün ən amansız cinayətlərə əl atıb. Ər-Riyadın başçılıq etdiyi Anti-Yəmən koalisiyası cari ayın altısında Yəmənin bütün hava, quru və dəniz sərhədlərini tam şəkildə bağlayaraq, 25 milyon insanın dünya ilə əlaqəsini kəsib. 

BMT bu addımın səbəb olacağı insan faciəsi barədə xəbərdarlıq etsə də, bu cinayəti durdurmaq üçün praktiki olaraq heç bir addım atmır. Yəmən hazırda dünyada ən ciddi aclıq böhranını təcrübə edir. Bu acı təcrübə isə milyonlarla insanın həyatına son qoya bilər. 

Yəmənə qarşı müharibə cinayətlərinin izlənilməsi üzrə sivil koalisiyanın rəhbər üzvlərindən olan Vazeh Əl-Məvdə deyib: "Əgər dünya ictimaiyyətinin sükutu olmasaydı, Ərəbistan Yəmənə qarşı cinayətlərini davam etdirə bilməzdi. Dünya Yəməndə yaşanan faciəyə görə məsuliyyət daşıyır. BMT-nin insan haqları üzrə ali komissarı Stiven Obernin dediyi kimi bu faciə insan əli ilə törədilir. Dünya yəmənlilərin qırğın edilməsini durdurmalıdır. Bu, BMT-nin ali komissarının dedikləridir. Dünya bilməlidir ki, bu, yəmənlilər və yəmənli olmayanların müraciətidir. Dünya yəmənliləri tərk edib və dünya ictimaiyyətinin sükutu Ali-Səudun cinayətlərinin daha da artmasına səbəb olub."

Səudiyə-Amerikan koalisiyasının Yəmən xalqını tam mühasirəyə alması və yəmənlilərə qarşı hücumları daha da artırması sadəcə ötən həftə ərzində 100 mülkinin həlak olmasına səbəb olub. Bu insanların çoxu isə güllə və qəlpə yarasından deyil, aclıqdan həyatını itirir. 

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok isə Ərəbistanın başçılıq etdiyi Anti-Yəmən koalisiyasını daxili çəkişmələr nəticəsində parça-parça olmuş Yəmənə qarşı mühasirəni ləğv etməyə çağırıb. Yəmənlilər isə bütün bu çəkişmələrin bir Amerikan-Sionist fitnəsi olduğunu, region xalqları üçün sadəcə ölüm və fəlakət gətirdiyini deyirlər. 

Belə bir şəraitdə düşmən gülləsindən ölməyən yəmənliləri ölüm ilə təhdid edən ən ciddi təhlükə aclıqdır.