Noy 13, 2017 12:06 Asia/Baku
  • Livan prezidenti: Səəd Həririnin sözləri etibarsızdır
    Livan prezidenti: Səəd Həririnin sözləri etibarsızdır

Livan prezidenti Mişel Oun 4 noyabr tarixindən etibarən Ərəbistanda olan və mürəkkəb bir vəziyyət ilə üzləşən Səəd Həririnin açıqlamasını şübhəli və anlaşılmaz adlandırıb.

Livanın baş naziri Səəd Həriri 4 noyabr 2017-ci il tarixində Ərəbistanın paytaxtı Ər-Riyadda qiraət etdiyi bir bəyanatda öz vəzifəsindən istifa etdiyini açıqlayb. Livan prezidenti isə bu istefanın qeyri-qanuni olduğunu bildirib. 

İRNA-nın məlumatına görə, Livan prezidenti Mişel Oun bazar günü axşam deyib: Səəd Həririnin Ərəbistanda səsləndirdiyi fikirlərə etibar etmək olmaz. 

Mişel Oun deyib: Səəd Həriri Ər-Riyadda sərbəst formada fikir bildirəcək vəziyyətdə deyil. Səəd Həririyə Ərəbistanda qalması və hətta, ailəsi ilə əlaqə saxlaması ilə bağlı şərtlər təyin edilib. 

Səəd Həriri bazar günü axşam Livanın "Müstəqbəl" telekanalı ilə müsahibədə bir həftəlik sükutuna və istefa verməsindən sonra yaşamaq üçün Ərəbistanı seçməsinin səbəblərinə işarə etmədən həyatına və ölkəsinə qarşı təhlükəsizlik təhdidlərinin artmasının ardınca istefa vermək qərarına gəldiyini iddia edib. 

Livanın bir çox telekanalı o cümlədən bu ölkənin dövlət telekanalı bazar günü axşam bildiriblər ki, Həririnin Ərəbistanda şübhəli və anlaşılmaz bir durumda olmasını nəzərə alaraq, onun sözləri heç bir etibara malik olmadığını və elə buna görə də, Həririnin "Müstəqbəl" telekanalına verdiyi müsahibəsini yayımlamağı məqsədəuyğun hesab etmədiklərini bildiriblər. 

Teqlər