Yəmən xalqı Ərəbistan əleyhinə aksiyada iştirak edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286466-yəmən_xalqı_Ərəbistan_əleyhinə_aksiyada_iştirak_edir
Ərəbistanın Yəmənə qarşı qeyri-qanuni və zalımcasına olan mühasirəsinə etiraz olaraq paytaxt Sənada BMT-nin ofisi önündə etiraz aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2017 10:57 Asia/Baku
  • Yəmən xalqı Ərəbistan əleyhinə aksiyada iştirak edir
    Yəmən xalqı Ərəbistan əleyhinə aksiyada iştirak edir

Ərəbistanın Yəmənə qarşı qeyri-qanuni və zalımcasına olan mühasirəsinə etiraz olaraq paytaxt Sənada BMT-nin ofisi önündə etiraz aksiyası keçirilib.

Yəmən xalqının Ərəbistan əleyhinə bu geniş aksiyasında Ali-Səud və onun himayədarları əleyhinə şüarlar səsləndirilib.

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmad aksiya iştirakçıları qarşısında etdiyi çıxışında deyib: Ərəbistanın təcavüzkar koalisiyasının Yəmənə qarşı hücumlarının davam etməsinə cavab olaraq müxtəlif seçimlər və tədbirlər mövcuddur. Atılacaq addımlar təcavüzkarları himayə edən hər bir şəxsə şamil ediləcək.

Əs-Səmad daha sonra Ərəbistan üçün ən doğru seçimin Yəmənə qarşı təcavüzləri dayandırmaq və Yəmən xalqının mühasirəsinə son qoymaq olduğunu bildirib və deyib: Yəmənən Ər-Riyada və digər məntəqələrə raket zərbələri endirməsi yəmənlilərin təbii haqqıdır və Yəmənə qarşı təcavüzlərin başlanmasından 3 ilin keçməsinə baxmayaraq, Yəmən xalqı hələ də təcavüzkarlar qarşısında möhkəm dayanıb.