Əfqanıstanın şərqində İŞİD-ə məxsus yeni silah və hərbi sursat aşkar edilib
Noy 14, 2017 12:47 Asia/Baku
-
Əfqanıstanın şərqində İŞİD-ə məxsus yeni silah və hərbi sursat aşkar edilib
Əfqanıstanın Nəngərhar vilayətinin valisi İŞİD terror qruplaşmasına məxsus olan bir silah və hərbi sursat anbarının aşkar və zəbt eidlməsindən xəbər verib.
AVA xəbər agentliyinin verdiyi məlumata görə, Qolab Məngəl bu gün çərşənbə axşamı bir mətbuat konfransında deyib: bu silah və hərbi sursat anbarı Nəngərhar vilayətinin Mumənd Dərə məntəqəsində Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri tərəfindən aşkar edilib.
Nəngərhar valisinin dediyinə görə, aşkar edilmiş silahlar və hərbi sursatlar Pakistandan Əfqanıstana gətirilib.
Nəngərhar vilayətinin bir hissəsi o cümlədən Açin məntəqəsi İŞİD terrorçularının nəzarəti altındadır.