Noy 14, 2017 16:44 Asia/Baku
  • Əfqanıstanda bir qrup ABŞ hərbçisi yaralanıb
    Əfqanıstanda bir qrup ABŞ hərbçisi yaralanıb

Əfqanıstanın Qəndəhar vilayətində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində bir qrup ABŞ hərbçisi yaralanıb.

İRİB-nin verdiyi məlumata görə, Əfqanıstandakı xarici qüvvələrin mətbuat xidmətinin verdiyi məlumata görə, çərşənbə axşamı bir ədəd bomba quraşdırılmış avtomobil ilə ABŞ hərbçilərinə edilən hücumda 4 ABŞ hərbçisi yaralanıb. 

Bu hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. 

Hal hazırda Əfqanıstanda 11 mini amerikalı olmaqla ümumilikdə 14 min xarici qüvvə var. Əfqanıstan xalqı və bir çox dövlət rəsmisi xarici qüvvələrin iştirakını ölkədəki gərginliyin başlıca amili hesab edirlər. 

Teqlər